Xatirə Gecəsi dövrü təbliğdə fəal iştirak etmək vaxtıdır
1. Hər il qeyd olunan bayramlar Allah qorxusuna malik olan israillilərə necə tə’sir edirdi?
1 Qədim israillilər ilin müəyyən günlərində ‘Rəbbin tə’yin etdiyi bayramları’ qeyd edirdilər (Lev. 23:2). Həmin bayramlarda onlar Allahın xeyirxahlığı üzərində düşünürdülər, bu isə onlara çoxlu sevinc gətirir və təmiz ibadətə sə’ylə yanaşmalarına kömək edirdi (2 Saln. 30:21–31:2).
2, 3. Xatirə Gecəsi dövründə təbliğ xidmətində daha fəal olmağımız nəyə görə münasibdir və bu il Xatirə Gecəsini nə vaxt qeyd edəcəyik?
2 Bizim günlərdə də teokratik fəaliyyətimiz hər il Xatirə Gecəsi dövründə xüsusi sevinc gətirir. Bu vaxt ərzində biz Yehovanın uğrumuzda verdiyi çox qiymətli bəxşiş üzərində Onun vahid Oğlu barədə dərindən düşünürük (Yəh. 3:16; 1 Pet. 1:18, 19). Yehovanın və Onun Oğlunun təzahür etdirdikləri məhəbbət üzərində düşünməklə, biz Yehovaya həmd etməyə və Onun iradəsini yerinə yetirmək üçün əlimizdən gələni etməyə təşviq olunuruq (2 Kor. 5:14, 15).
3 Bu il Rəbbin Xatirə Gecəsi cümə axşamı martın 24-də gün batdıqdan sonra qeyd olunacaq. Mart, aprel və may aylarında təbliğ xidmətində daha fəal necə iştirak edə bilərik?
4, 5. a) Xoş xəbəri daha çox insanlara çatdırmaqda bə’zilərinə nə kömək etmişdir? b) Sizin ərazidə effektiv surətdə necə təbliğ etmək olar?
4 Daha çox insanlara təbliğ et. Təbliğ xidmətində olarkən imkan daxilində daha çox insanlarla danışmağa çalış. Nahardan sonra və ya axşamüstü, yə’ni insanların çoxunun evdə olduğu vaxt evdən-evə təbliğ etməyi planlaşdıra bilərsənmi? Əgər sizin kitaböyrənmə qrupunda görüşdən qabaq təbliğ etmək istəyənlər varsa, kitaböyrənmənin nəzarətçisi təbliğ üçün qısa görüş təşkil edə bilər. Bundan sonra yaxınlıqda yerləşən binalarda təbliğ etmək olar.
5 Xoş xəbəri daha çox insanlara çatdırmaq üçün ictimai yerlərdə də təbliğ edə bilərik. Yaponiyada bir bacı tam iş günü işləməsinə baxmayaraq, köməkçi pioner olmaq istəyirdi. Bir ağsaqqal ona təklif etmişdir ki, hər gün işə getməzdən əvvəl dəmiryol stansiyasında təbliğ etsin. Cəsarətsizliyinin və bə’zi sərnişinlərın istehzalarının öhdəsindən gəldikdən sonra, bacı sərnişinləri, stansiya işçilərini və yaxınlıqda yerləşən mağazaların sahibkarlarını da daxil etməklə, 40 nəfərə müntəzəm olaraq jurnallar gətirmək imkanına nail oldu. Bacı, orta hesabla, hər ay 235 jurnal paylayırdı. Hər gün bir neçə dəqiqə ərzində Müqəddəs Kitabdan bir neçə fikri insanlarla müzakirə etməklə o, altı Müqəddəs Kitab öyrənməsi başlaya bildi.
6. Gənc məsihçilər təbliğ xidmətində necə daha da fəal ola bilərlər?
6 Təbliğ etmək imkanları. Məktəbdə oxuyan təbliğçilərin tə’tilləri olur. Bu, köməkçi pioner kimi xidmət etmək üçün gözəl imkandır. Bundan savayı, gənc məsihçilər bu aylarda məktəbdə daha fəal təbliğ edə bilərlər. Sinif yoldaşlarının sənin imanına nə dərəcədə maraq göstərdikləri səni təəccübləndirə bilər. Sinifdə aparılan müzakirə zamanı və ya inşa yazarkən təbliğ etmək imkanından niyə istifadə etməyəsən? Bə’zi gənc təbliğçilər bizim təşkilatın buraxdığı videofilmləri sinifdə nümayiş etdirməklə şahidlik etmişlər. Başqaları sinif yoldaşları ilə Müqəddəs Kitab öyrənmələri başlamış və onlara ruhani cəhətdən inkişaf etməkdə, özlərini Yehovaya həsr edib vəftiz olunmaqda kömək etmişlər. Bütün bunlar ‘Rəbbin isminə həmd etmək’ üçün gözəl imkanlardır (Məz. 148:12, 13).
7. a) Təbliğ etmək imkanından bir qardaş necə istifadə edir? b) Səninlə oxşar hadisə baş veribmi?
7 Gün ərzində qarşılaşdığın insanlarla gözəl Allahımız və Onun heyrətli və’dləri haqda danışmaq üçün imkanlar axtar. Bir qardaş hər səhər elektrik qatarında gedərkən imkan düşən kimi sərnişinlərə təbliğ edir. Məsələn, platformada qatarı gözləyərkən hər gün beş dəqiqə ərzində bir gənc kişiyə təbliğ edirdi. Nəticədə həmin gənc və onun iş yoldaşı Müqəddəs Kitabı öyrənməyə razılıq verdilər. Öyrənmə qatarda keçirdi. Bir müddətdən sonra onların söhbətlərinə qulaq asan bir yaşlı qadın yaxınlaşıb onunla da Müqəddəs Kitab öyrənməsi keçirilməsini xahiş etdi. Qadın elektrik qatarında gedən günləri qardaş onunla da Müqəddəs Kitab öyrənməsi keçirirdi. Beləliklə, qardaş qatarda on Müqəddəs Kitab öyrənməsi keçirirdi.
8. Yaşla və ya xəstəliklə bağlı problemlər ucbatından imkanları məhdud olan bacı-qardaşlar xidmətdə fəal olmaq üçün hansı üsullardan istifadə edə bilərlər?
8 Bəs əgər yaşla və ya xəstəliklə bağlı problemlər ucbatından xidmət etməkdə sənin imkanların məhduddursa, necə? Buna baxmayaraq, Yehovanı daha fəal surətdə izzətləndirmək üçün sən də imkanlar tapa bilərsən. Telefon vasitəsilə təbliğ etməyə çalışmısanmı? Əgər bunu necə etməyi dəqiq bilmirsənsə, onda kitaböyrənmənin nəzarətçisinə müraciət et. O, telefon vasitəsilə yaxşı təbliğ etməyi bacaran bacı-qardaşlardan xahiş edər ki, onlar sənə kömək etsinlər. Birgə xidmət edərkən siz bir-birinizdən çox şey öyrənə bilərsiniz və effektiv təbliğ etmək üçün bir-birinizə kömək edə bilərsiniz. Telefon vasitəsilə yaxşı təbliğ etməyin üsullarını 2001-ci ilin «Bizim Padşahlıq Xidmətimiz»in fevral sayının 6-cı səhifəsində (rus.) tapmaq olar.
9. Müqəddəs Kitabı öyrənənlərin yığıncaqla birgə təbliğ xidmətinə qoşulmalarına necə kömək edə bilərik?
9 Xatirə Gecəsinə gəlmək yeni təbliğçiləri Yehovanı daha çox izzətləndirməyə təşviq edə bilər. Onlara yığıncaqla birlikdə təbliğ etməyə mane olan qorxu hissinin öhdəsindən gəlməyə kömək edə bilərsən. Bunun üçün xidmətdə səninlə baş vermiş müsbət hadisələri danış, tədricən Müqəddəs Kitabın tə’limlərini izah etməyi və öz imanlarını müdafiə etməyi onlara öyrət (1 Pet. 3:15). Əgər Müqəddəs Kitabı öyrənən insan xoş xəbərin təbliğçisi olmağı arzulayırsa, onda sədrlik edən nəzarətçiyə müraciət et. O, öyrənənlə görüş tə’yin edib, onun yığıncaqla təbliğ işində iştirak etməyə hazır olub-olmadığını müəyyən edəcək. Mübahisəli sualın həllində daha çox insanlar Yehovanın tərəfini tutanda, O necə də sevinir! (Sül. məs. 27:11).
10. a) Köməkçi pioner kimi xidmət etməkdə yaxşı tərtib olunan qrafik bizə necə kömək edə bilər? b) Ötən il Xatirə Gecəsi dövründə köməkçi pioner kimi xidmət etmisənmi? Bunun üçün sən nə etmişdin?
10 Köməkçi pioner kimi xidmət edə bilərsənmi? Köməkçi pionerlərin hər ay 50 saat təbliğ etmələri tələbinə ciddi yanaşılmalıdır (Mat. 5:37). Bu o deməkdir ki, hər həftə, orta hesabla, 12 saat təbliğ etmək lazımdır. Köməkçi pioner xidməti üçün 5-ci səhifədə təklif olunan qrafiklərin hansısa sənin şəraitinə uyğundurmu? Əgər uyğun deyilsə, onda mart, aprel və may aylarında köməkçi pioner kimi xidmət etmək üçün öz şəxsi qrafikini tərtib edə bilərsənmi? Yehovadan xahiş et ki, xidmətdə daha çox iştirak etmək məqsədilə göstərdiyin sə’yi xeyir-dualandırsın (Sül. məs. 16:3).
11. Köməkçi pioner kimi xidmət edəcək təbliğçiləri ağsaqqallar və xidməti köməkçilər necə dəstəkləyə bilərlər?
11 Ağsaqqallar və xidməti köməkçilər bütün güclərini sərf edəcəklər ki, Xatirə Gecəsi dövründə sən Yehovaya xüsusi cidd-cəhdlə həmd edəsən. Ehtimal ki, onlardan bir çoxları köməkçi pioner kimi xidmət edəcəklər. Günortadan sonra, həftəarası axşamlar və tələb olunarsa, istirahət günləri də xidmət etmək üçün ağsaqqallar əlavə görüşlər təşkil edəcəklər. Bu görüşlərin harada və nə vaxt keçiriləcəyini və həmçinin onları kimin aparacağını müəyyən etmək üçün, ağsaqqallar pioner kimi xidmət edən və ya bunu etmək fikrində olan bacı-qardaşların hamısı ilə söhbət edəcəklər. Ağsaqqallar əllərindən gələni edəcəklər ki, xidmət üçün ayırdığın vaxt ərzində sənin həmişə əməkdaşın olsun. Bunun sayəsində planların baş tutar və böyük nailiyyətlərə müvəffəq ola bilərsən (Sül. məs. 20:18).
12. Yehovaya hər zaman həmd etməyə bizi nə təşviq edir?
12 Var qüvvətinlə çalış. Əgər sənin şəraitin köməkçi pioner kimi xidmət etməyə yol vermirsə, yadında saxla ki, Yehova bizim cəhdimizi və qurbanlarımızı «insanda olmayan mala görə deyil, olan mala görə» qəbul edir (2 Kor. 8:12). Biz, Yehovaya minnətdar olmaq üçün çox şeylərə malikik. Davud tam əsasla yazmışdır: «Hər zaman Rəbbə alqış edəcəyəm, Ona daim mənim dilim həmd edəcək» (Məz. 34:1). Qoy Xatirə Gecəsi dövründə bizim də belə əhval-ruhiyyəmiz olsun!
[3 səhifədəki çərçivə]
Təbliğ xidmətində necə daha fəal ola bilərsən?
◼ İnsanlar evdə olanda təbliğ et
◼ İctimai yerlərdə təbliğ et
◼ İş yerində və ya məktəbdə təbliğ et
◼ Telefon vasitəsilə təbliğ et
◼ Köməkçi pioner kimi xidmət et
[5 səhifədəki cədvəl]
Köməkçi pioner xidməti üçün təklif olunan qrafiklər—Həftə ərzində təbliğ xidmətinin 12 saatını bölüşdürməyin üsulları
Bazar ertəsindən şənbə gününədək səhərlər
İstənilən günü bazar günü ilə əvəz etmək olar
Gün Vaxt Saat
Bazar ertəsi səhər 2
Çərşənbə axşamı səhər 2
Çərşənbə səhər 2
Cümə axşamı səhər 2
Cümə səhər 2
Şənbə səhər 2
Cəmi: 12 saat
Bütöv iki günü
Həftənin istənilən iki gününü seçmək olar. (Həftənin hansı günlərini seçməkdən asılı olaraq, bu qrafikə görə ayda yalnız 48 saat təbliğ etmək mümkündür)
Gün Vaxt Saat
Çərşənbə bütün gün 6
Şənbə bütün gün 6
Cəmi: 12 saat
Həftə ərzində iki axşam və istirahət günləri
Həftəarası günlərdən istənilən iki axşamı seçmək olar
Gün Vaxt Saat
Bazar ertəsi axşam 1 1⁄2
Çərşənbə axşam 1 1⁄2
Şənbə bütün gün 6
Bazar günü yarımgün 3
Cəmi: 12 saat
Həftəarası günlərdən üç günorta vaxtı və şənbə
İstənilən günü bazar günü ilə əvəz etmək olar
Gün Vaxt Saat
Bazar ertəsi günorta 2
Çərşənbə günorta 2
Cümə günorta 2
Şənbə bütün gün 6
Cəmi: 12 saat
Təbli xidməti üçün tərtib şəxsi qrafikim
Hər gün neçə saat təbliğ edəcəyini müəyyən et
Gün Vaxt Saat
Bazar ertəsi
Çərşənbə axşamı
Çərşənbə
Cümə axşamı
Cümə
Şənbə
Bazargünü
Cəmi: 12 saat