Ayrı-seçkilik etmədən təbliğ etməklə insanlara səmimi maraq göstər
1 Görüntüdə həvari Yəhya, göyün ortasında uçaraq «hər millətə, hər qəbiləyə, hər dilə və hər xalqa» əbədi müjdəni bəyan edən mələyi görmüşdü (Vəhy 14:6). Biz mələyin nümunəsini izləyib, ayrı-seçkilik etmədən təbliğ edirikmi? Özümüz də dərk etmədən tərəfgirliyə yol verə bilərik. Bu isə adamlara xoş xəbəri necə təqdim etməyimizə tə’sir göstərər. Ona görə də, müxtəlif mənşəli adamlara təbliğ edərkən səmimi maraq göstərmək lazımdır.
2 Sahəndə. Sənin sahəndə mühacirlər və ya məcburi köçkünlər yaşayırmı? Ola bilər ki, biz onlara məhəl qoymayaq. Belə adamları axtarıb tapmaq üçün təşəbbüs göstər. Onları yaxından tanımağa çalış: hansı tələbatları var, xoşlarına nə gəlir, nə gəlmir, nədən qorxur və hansı yanlış fikirləri var? Padşahlıq haqqında xoş xəbərin təqdiməsini müvafiq şəkildə dəyişməyə çalış (1 Kor. 9:19-23). Həvari Pavel kimi, biz də, sahəmizdə yaşayan bütün adamlarla, o cümlədən əcnəbilərlə, başqa mədəniyyətə mənsub olanlarla, başqa dildə danışanlarla və dövlətlilərlə xoş xəbəri bölüşməyə borclu olduğumuzu hiss etməliyik (Rom. 1:14)a.
3 Bəs başqa dildə danışanlara necə şahidlik etmək olar? «Bütün xalqlardan olan insanlar üçün xoş xəbər» broşürasından istifadə et. Həmçinin, sizin ərazidə danışılan dillərdə traktat və ya broşüraları özünüzlə götürmək olar («Bizim Padşahlıq Xidmətimiz»in 2003-cü il iyul nömrəsinə bax, s. 4, abz. 2, 3). Ondan əlavə, bə’zi təbliğçilər başqa dildə salamlaşmağa və sadə təqdimə öyrənməyə sə’y göstərirlər. Adamlara ana dillərində bir neçə kəlmə söz deməyə çalışdığımızı görəndə, bu onlara yaxşı tə’sir bağışlayır və onları xoş xəbərə cəlb edə bilər.
4 Yehovanı təqlid et. Müxtəlif mənşəli insanlara təbliğ etməklə biz, ayrı-seçkilik etməyən, ‘bütün insanların xilas olub, həqiqəti dərk etməyini’ istəyən Allahımız Yehovanı təqlid edirik (1 Tim. 2:3, 4).
[Haşiyə]
a «Əcnəbi» mə’nasını daşıyan yunan sözü barbaros (barbar) adətən, yunanca danışmayanlara aid edilirdi (it-E-1 s. 851). Əvvəllər bu söz heç də geridə qalmış və etika qaydalarını bilməyən adama aid edilmir və pis mə’na daşımırdı. Özlərindən fərqləndirmək üçün yunanlar digər mədəniyyətdən olanları barbarlar adlandırırdılar (it-E-1 s. 255).