Rayon konqresinin yeni proqramı
Bu pis dünya, indiki sistemin əbədi mövcud olacağına bizi inandırmağa çalışır. Lakin Allahın Kəlamı əks fikri söyləyir (1 Yəh. 2:15-17). Müqəddəs Kitab ‘yerdə xəzinələr yığmağın’ əbəs olduğunu anlamaqda bizə kömək edir. Allahın xalqını möhkəmləndirmək üçün 2007-ci xidmət ilinin rayon konqresində «Özünüzə göydə xəzinələr yığın» mövzusu açıqlanacaq (Mat. 6:19, 20).
Efeslilərə 2:2 ayəsində ‘havadakı hakimiyyətin, yə’ni indi itaətsiz insanlarda fəal olan ruhdan’ danışılır. Bu ruh özünü həmçinin var-dövlətə aludə olmaqda göstərir. Nəfəs aldığımız hava hər yerdə olduğu kimi, ‘bu dünyanın ruhu’ da eyni tərzdə indiki sistemə hopub (1 Kor. 2:12). Dünyanın ruhunun çox güclü tə’siri olduğu üçün, ayədə onun hakimiyyətə malik olduğu yazılıb. Rayon konqresinin yeni proqramı dünyaya xas olan var-dövlətə meyllikdən qaçınmağa və gözümüzü ən əsas şeylərə cəmləşdirməyə bizə kömək edəcək (Mat. 6:33). Bundan əlavə, konqresin proqramı müqavimətlərə və sınaqlara baxmayaraq icra etdiyimiz xidmətdə Yehovaya arxalanmaqda bizə yardım olacaq.
Konqresin hər iki günündə iştirak etməyə və ‘daha diqqətlə qulaq asmağa’ çalış (İbr. 2:1). Həyatında və xidmətdə tətbiq edə biləcəyin əsas fikirləri qeyd et. Ruhən zənginləşdirən bu proqramı əvvəldən axıradək dinləməklə sən bundan sonra da ‘göydə xəzinələr yığmağa’ ruhlanacaq və güclənəcəksən!