Xidmətə ayırdığın vaxtdan səmərəli istifadə et
1 Xidmətdə görüləsi işlər çoxdur və vaxt azalmışdır (Yəh. 4:35; 1 Kor. 7:29). Hər şeyi mütəşəkkil surətdə etsək və yaxşı qrafik tutsaq, xidmətə ayırdığımız vaxtdan daha səmərəli istifadə edə bilərik.
2 Hazırlaş. Təbliğ üçün görüşə getməzdən əvvəl, qabaqcadan təqdimə hazırla və özünlə lazımi ədəbiyyatları götür. Görüş dua ilə qurtaran kimi, dərhal xidmətə get. Bu həm sənə, həm də səninlə birgə xidmət edən bacı–qardaşlara təbliğ üçün ayrılan vaxtdan mümkün qədər səmərəli istifadə etməyə kömək edəcəkdir.
3 Əgər sən təbliğ xidməti üçün görüşü keçirməyə təyin olunmusansa, görüşü vaxtında başla və onu 10-15 dəqiqədən artıq keçirmə. Qrup təbliğə getməzdən əvvəl əmin ol ki, hər təbliğçi hara və kiminlə gedəcəyini bilir.
4 Təbliğdə. Təbliğ üçün görüş qurtaran kimi, ləngimədən sahənə yollan. Sahəni tez tərk etmək fikrin varsa, bütün qrup da sahəni tərk etməli olmasın deyə, geri qayıtmaq üçün özün nəqliyyat tap. Qrup şəklində sahədə təbliğ edərkən əməkdaşlarına qarşı diqqətli ol və əgər səni gözləyirlərsə, söhbəti tez qurtarmağa çalış. Sən mübahisə edən adamla nəzakətlə söhbəti dayandıra və ya xoş xəbərlə maraqlanan insanla növbəti dəfə gələcəyin vaxtı müəyyənləşdirə bilərsən (Mat. 10:11).
5 Təkrar başçəkmə edəndə olduğun yerdən gedəcəyin yerə zəng etsən, boş yerə vaxt itirməzsən. Ola bilsin, getməyi planlaşdırdığın adamlardan hansınınsa evdə olub-olmadığını əvvəlcədən öyrənə bildin (Sül. məs. 21:5). Əgər təkrar başçəkmənin uzun çəkəcəyini zənn edirsənsə, əvvəlcədən digərlərinə bildir ki, onlar yaxınlıqda xidmət edə, yaxud kimlərəsə baş çəkə bilsinlər.
6 Biz böyük ruhani biçin zamanında yaşayırıq (Mat. 9:37, 38). Tezliklə iş sona çatacaq. Buna görə də, biz xidmətə ayırdığımız vaxtdan səmərəli istifadə etməliyik.