Əgər kimsə deyirsə...
«Müqəddəs Kitabı hər kəs özü bildiyi kimi izah edir»
Belə demək olar: «Göründüyü kimi, bu izahatların heç də hamısı düz olmur». Sonra əlavə etmək olar: 1) «Əgər biz öz fikirlərimizi təsdiqləmək üçün Müqəddəs Yazıları təhrif edəriksə, özümüzə qarşısıalınmaz zərər vura bilərik (2 Pet. 3:15, 16)». 2) «Müqəddəs Kitabı düzgün başa düşmək üçün, birincisi, hər bir ayənin kontekstini (yəni özündən əvvəlki və sonrakı ayələri) nəzərə almaq, ikincisi, ayələri həmin mövzu ilə bağlı olan digər ayələrlə müqayisə etmək lazımdır. Əgər belə etsək, Allahın Kəlamının düşüncə tərzimizi düzgün səmtə yönəltməsinə imkan verəcəyik. Onda ayəyə biz özümüz yox, Allah izahat vermiş olacaq. Yehovanın Şahidlərinin ədəbiyyatlarında Müqəddəs Kitab ayələrinin izahatına məhz bu cür yanaşılır». (336, 337-ci səhifələrdəki «Yehovanın Şahidləri» adlı məqaləyə bax.)