Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • km 7/15 s. 2
  • Suallar Qutusu

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Suallar Qutusu
  • Müqəddəs ibadətimiz 2015
  • Oxşar material
  • Suallar qutusu
    Müqəddəs ibadətimiz 2011
  • Xoş xəbəri təbliğ etməyin üsulları
    Allahın iradəsini yerinə yetirən təşkilat!
  • Dərhal hay ver
    Müqəddəs ibadətimiz 2014
  • İnternet. Ümumdünya şəbəkədən düzgün istifadə edin
    Gözətçi qülləsi 2011
Əlavə
Müqəddəs ibadətimiz 2015
km 7/15 s. 2

Suallar Qutusu

◼ Təbliğçi başqa ölkədə yaşayan yad adamlara şahidlik etmək və ya onlarla Müqəddəs Kitab dərsi keçmək üçün İnternetdən həddən artıq istifadə edə bilərmi?

Bəzi təbliğçilər təbliğ işinə məhdudiyyət qoyulan və ya az təbliğçi olan ölkələrdəki adamlarla dərs keçməyə başlamaq üçün İnternetdən istifadə edirlər. Bəzi hallarda bu, yaxşı nəticələr verir. Amma təbliğçilərin yad adamlara öz elektron ünvanlarını verməsi, yaxud da İnternetdə söhbət otaqlarında onlarla müzakirələr aparması təhlükəlidir. («Müqəddəs ibadətimiz» vərəqəsinin 2007-ci il iyul sayının 3-cü səhifəsinə bax.) Məqsəd müjdəni Allahı axtaran insanlara çatdırmaq olsa da, belə söhbətlərin nəticəsində bacı və ya qardaş pis insanların, eləcə də dönüklərin əhatəsinə düşə bilər (1 Kor. 1:19—25; Kol. 2:8). Bundan başqa, təbliğ işinə məhdudiyyət, yaxud qadağa qoyulan ölkələrdə dövlət yazışmaları nəzarət altında saxlaya bilər, ona görə də belə əlaqə yerli bacı-qardaşlar üçün təhlükə yarada bilər. Bu səbəbdən, təbliğçilər başqa ölkədə yaşayan adamlara təbliğ etmək üçün İnternetə üz tutmamalıdırlar.

Biz başqa ölkədən gələn yad adama qeyri-rəsmi təbliğ etmişiksə, filialdan başqa cür göstəriş gəlmədiyi halda, çalışmamalıyıq ki, həmin adam öz ölkəsinə qayıdandan sonra onunla həqiqət barədə söhbətimizi davam etdirək. Əksinə ona jw.org saytı vasitəsilə əlavə məlumatı necə əldə etməyi, yaxud da yerli filialla necə əlaqə saxlamağı göstərə bilərik. Həmçinin ona yaşadığı yerdəki ibadət evinə getməyi deyə bilərik. Düzdür, bəzi ölkələrdə ibadət evləri yoxdur. Əgər o, yaşadığı yerdə Şahidlərin ona baş çəkməsini istəsə, «Zəhmət olmasa, bu adama baş çək» (S-43) blankını doldur və yığıncağın katibinə ver. Katib onu jw.org saytı vasitəsilə filiala göndərəcək. Maraqlanan insanın yaşadığı ölkəyə baxan filial oradakı vəziyyətlə tanışdır və insana ruhani köməyi o daha yaxşı göstərə bilər. («Müqəddəs ibadətimiz» vərəqəsinin 2014-cü il iyun sayının 7-ci səhifəsinə və 2011-ci il noyabr sayının 2-ci səhifəsinə bax.)

Əgər hazırda baş çəkdiyin adam başqa ölkəyə köçərsə, yaxud yalnız İnternet vasitəsilə tanıdığın bir adamla hazırda Müqəddəs Kitabı öyrənirsənsə, yuxarıdakı göstərişə riayət et. Lakin yaşadığı yerdə təbliğçilər həmin adamla əlaqə yaradana qədər onunla əlaqə saxlaya bilərsən. Bununla belə insan təbliğ işinə məhdudiyyət və ya qadağa qoyulan yerdə yaşayırsa, məktubla, telefonla və ya elektron cihazları vasitəsilə Müqəddəs Kitab mövzularını müzakirə edərkən son dərəcə ehtiyatlı olmaq lazımdır (Mət. 10:16).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş